Təhsil 365 - Logo Mobile

Yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq

10212.12.2025 - 19:00
Yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq

“Təhsil işçiləri üçün "TəhsilPlus" kartları artıq sifariş edilib”.

‘‘Tehsil365’’ xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Təhsil TV-nin qonağı olarkən səsləndirib.

O qeyd edib ki, yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq.

Rəsul Həşimov həmçinin bildirib ki, kartlar regionlarda fəaliyyət göstərən təhsil işçilərinə də eyni vaxtda veriləcək.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional "TəhsilPlus" layihəsinin məqsədi təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirməkdir.

Səma Qarayeva

Новостная лента

На данный момент новостей в ленте нет...