Təhsil 365 - Logo Mobile

AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

9212.12.2025 - 18:30
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatlarının rəhbərləri, nümayəndələri və gənc alimləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

‘‘Tehsil365’’ bildirir ki, AMEA-dan bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri ehtiramı ifadə ediblər.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üstünə gül dəstələri düzülüb.

Səma Qarayeva

Новостная лента

На данный момент новостей в ленте нет...