Təhsil 365 - Logo Mobile

Xayfa Universitetinin yay məktəbi proqramına müraciət qəbulu başlayıb

10612.12.2025 - 15:17
Xayfa Universitetinin yay məktəbi proqramına müraciət qəbulu başlayıb

Xayfa Universiteti tərəfindən iyul və avqust aylarında həyata keçiriləcək 1 aylıq Ulpan kursunda təhsil almaq üçün müraciətlər qəbul edilir. Proqramda iştirak yalnız Azərbaycan Dillər Universitetinin II, III və IV kurslarında təhsil alan İsrailşünaslıq ixtisası tələbələri üçün nəzərdə tutulmuşdur.

“Tehsil365” bildirir ki, proqram çərçivəsində yalnız yataqxana və təhsil haqqı Xayfa Universiteti tərəfindən təmin olunur. Digər xərclər iştirakçıların öz öhdəliyindədir (application fee, bilet və əlavə xərclər).

Müraciət qaydaları:
Müraciətlər 17.12.2025-ci il saat 18:00-a qədər qəbul olunur. Proqrama qoşulmaq istəyənlər İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinə müraciət edə və ya aşağıdakı ünvana yaza bilərlər:
 [email protected]

Seçim prosesi:
Namizədlərin seçimi şifahi və yazılı dil imtahanı əsasında aparılacaqdır.

Tələbələrə uğurlar arzulayırıq!

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...