Təhsil 365 - Logo Mobile

“Alman dilində qrammatik cinsin semantik gücü” mövzusunda elmi-seminar keçirilib

10512.12.2025 - 16:02
“Alman dilində qrammatik cinsin semantik gücü” mövzusunda elmi-seminar keçirilib

Azərbaycan Dillər Universitetinin İngilis və Alman dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında elmi-seminar keçirilib.

“Tehsil365” bildirir ki, seminar kafedranın dosenti, filologiya elmləri doktoru Ulduz Aslanova tərəfindən Alman oxu zalında təşkil olunub. Elmi-seminar “Alman dilində qrammatik cinsin semantik gücü” mövzusuna həsr edilib.

Tədbir zamanı alman dilində qrammatik cins kateqoriyasının dilin semantikasına təsiri, bir sıra isimlərin mütləq valentlik xüsusiyyətləri, eləcə də qrammatik cinsin məna çalarlarının formalaşmasında rolu geniş şəkildə izah olunub. Bununla yanaşı, alman və Azərbaycan dillərində ismin qrammatik kateqoriyalarının müqayisəli təhlili aparılıb, iki dil arasında mövcud oxşar və fərqli cəhətlər konkret faktlar və nümunələr əsasında müzakirə edilib.

Tədbir iştirakçıları mövzu üzrə aktual elmi yanaşmalar, dilçilikdə qrammatik cinsin funksional-semantik xüsusiyyətləri, həmçinin alman dilinin morfoloji quruluşunun Azərbaycan dili ilə müqayisədə özünəməxsusluğu barədə maraqlı müzakirələr aparıblar.

Seminarın sonunda tələbələrin və müəllimlərin sualları cavablandırılıb, bu kimi elmi görüşlərin dilçilik araşdırmalarına verdiyi töhfələr yüksək qiymətləndirilib.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...