Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz STEAM Mərkəzinin əməkdaşları tərəfindən “STEAM-la xeyir qığılcımı” adlı layihə həyata keçirilib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, layihə çərçivəsində Tovuz rayon Orxan Cabbarov adına Qovlar şəhər internat tipli gimnaziyada xüsusi təhsilə cəlb olunmuş şagirdlərlə görüş təşkil olunub və onlar üçün maraqlı STEAM ustad dərs keçirilib. Müxtəlif yarışlar, əyləncəli tapşırıqlar vasitəsilə şagirdlərin həm öyrənməsi, həm də xoş vaxt keçirməsi təmin edilib.
Sonda isə onlar STEAM Azərbaycan tərəfindən keçiriləcək növbəti yarışlarda iştirak etmək üçün Tovuz STEAM Mərkəzinə dəvət olunublar.

