Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam və ictimai xadim Nigar Helminin “Qarabağ irsi” adlı fərdi sərgisi keçirilib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “QGallery” və yerli “Miras” brendinin dəstəyi ilə təşkil olunub.
Ekspozisiyada Nigar Helmi doğma Qarabağ torpağından ilhamlanaraq tarix, yaddaş və kimlik anlayışlarının bir-biri ilə bağlı qatlarını araşdırır. Sərgi dağıntılara və məcburi köçkünlüyə baxmayaraq, mədəniyyətin, ənənələrin və kollektiv yaddaşın nəsildən-nəslə necə yaşadığını və qorunduğunu düşünməyə sövq edir.

