“Neft, hakimiyyət və milyonlar səltənətində” adlı yazdığım pyes birbaşa neft mövzusu ilə əlaqəlidir. Əsərin süjeti 1916-cı ildə ekranlaşdırılan “Neft və milyonlar səltənətində” tammetrajlı bədii filminin çəkiliş prosesi üzərində qurulub.
“Tehsil365“ “AZƏRTAC”a istinadla bildirib:
Bunu AZƏRTAC-a açıqlamasında “Neft, hakimiyyət və milyonlar səltənətində” əsərinin müəllifi, dramaturq İsmayıl İman deyib.
Onun sözlərinə görə, pyesdə filmin ərsəyə gəlmə mərhələləri, çəkiliş prosesinin gedişi və həmin dövrün ab-havası əks olunur.
“Əsərdə, həmçinin Bakının neft tarixi, və filmin əsas obrazı Hüseyn Ərəblinski ilə bağlı məqamlar öz əksini tapıb. Pyesi qısa müddətdə, cəmi 6 gün ərzində yazıb tamamlamışam”,- deyə dramaturq əlavə edib.

