Təhsil 365 - Logo Mobile

Kəmalə Amuşova: "Yanlış məlumat uşaqlarda travma yaradır"

8217.12.2025 - 06:55
Kəmalə Amuşova: "Yanlış məlumat uşaqlarda travma yaradır"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqların psixoloji sağlamlığı və informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin direktoru Kəmalə Amuşova “Tehsil365”ə açıqlamasında yanlış və nəzarətsiz informasiyanın uşaqların həyatında ciddi travmalar yaratdığını bildirib.

Onun sözlərinə görə, informasiyanın düzgün və vaxtında təqdim olunmaması uşaqlarda psixoloji gərginlik və travmaların yaranmasına səbəb olur. “Bu gün ailələr bu kimi hallarla bağlı birbaşa Komitəyə müraciət edirlər. Araşdırmalar zamanı məlum olur ki, hətta qəyyumluqda böyüyən uşaqlara yaşadıqları ailə ilə bağlı həssas məlumatlar düzgün formada çatdırılmır. Müəllim tərəfindən deyilən bir cümlə belə uşağın psixologiyasında ağır iz buraxa bilir”, – deyə o qeyd edib.

Kəmalə Amuşova vurğulayıb ki, uşaqlar xüsusilə keçid dövründə – əsasən 14–15 yaş aralığında ailə daxilində daha həssas yanaşmaya ehtiyac duyurlar. “Son müşahidələr göstərir ki, artıq bu gərginlik 11–12 yaşlı uşaqlarda da özünü göstərir. Sosial şəbəkələrin uşaqlar üçün əsas tərbiyə mənbəyinə çevrilməsi ciddi risk yaradır”, – deyə o əlavə edib.

Direktor bildirib ki, uşağa ailə ilə bağlı həqiqətlərin gec və ya yanlış şəkildə deyilməsi sonradan onun ailəyə adaptasiyasını daha da çətinləşdirir. “Valideynlər çox zaman düşünür ki, hər şey yaxşı olduğu halda bu məlumatı uşağa niyə deyim? Lakin bu qərar uzunmüddətli psixoloji gərginliyə səbəb olur. Bəzi ailələr isə ümumiyyətlə uşağı məlumatlandırmır ki, bu da problemi daha da dərinləşdirir”, – deyə K.Amuşova diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, böyük yaşlı uşaqların qəyyumluğa götürülməməsi də ciddi sosial problemdir və bu məsələ ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var.

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...