Təhsil 365 - Logo Mobile

“Sumqayıt” Antalyada Macarıstan, Serbiya və Xorvatiya klubları ilə qarşılaşacaq

9517.12.2025 - 17:57
“Sumqayıt” Antalyada Macarıstan, Serbiya və Xorvatiya klubları ilə qarşılaşacaq

“Sumqayıt” futbol klubunun qış hazırlıq planları bəlli olub.

Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, Saşa İliçin başçılıq etdiyi komanda dekabrın 22-də - “Sabah”la çempionat oyunundan sonra istirahətə buraxılacaq.

Kollektiv 2026-cı il yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dən 17-dək Lara bölgəsində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubları ilə yoxlama oyunları keçirəcək.

Alsu İsmayılova

Новостная лента

На данный момент новостей в ленте нет...