Təhsil 365 - Logo Mobile

Qazaxıstanın Milli Avrasiya Universitetinin nümayəndə heyəti ADU-da qonaq olub

10320.12.2025 - 15:55
Qazaxıstanın Milli Avrasiya Universitetinin nümayəndə heyəti ADU-da qonaq olub

Dekabrın 18-də  Qazaxıstanın L.N.Qumilyov adına Milli Avrasiya Universitetinin nümayəndə heyəti ADU-da qonaq olub.

“Tehsil365” bildirir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, ADU beynəlxalq əlaqələrin inkişafına və universitetlərlə əməkdaşlığa xüsusi önəm verir.

L.N.Qumilyov adına Milli Avrasiya Universitetinin Tərcümə nəzəriyyəsi və təcrübə kafedrasının əməkdaşı Diana Akijanova və professor Manshuk Yeskindirova səmimi qarşılanmaya və qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkür edib.

Bildirilib ki, Orhun proqramı çərçivəsində  tələbə mübadiləsi uğurla həyata keçirilir. ADU-nun iki tələbəsi proqram çərçivəsində iştirak üçün qəbul alıb.

Görüş zamanı qarşılıqlı elmi əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...