Azərbaycan Dillər Universiteti Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin hazırladığı Azərbaycan ədəbiyyatında növ və janrlardan bəhs edən “Azerbaycan edebiyatında tür ve şekiller” adlı kitab çap olunmuşdur. Kitab “Füyuzat” nəşriyyatında çap olunub.
“Tehsil365” bildirir ki, Türkiyə türkcəsində hazırlanan kitabda Azərbaycan şifahi və yazılı ədəbiyyatının növ və janrları haqqında məlumat yer almışdır. Kitabda Azərbaycan ədəbiyyatı tarixi haqqında məlumatlar verilir.
Kitabdan oxucular, Azərbaycan ədəbiyyatına maraq göstərən hər kəs istifadə edə bilər.

