Təhsil 365 - Logo Mobile

ADU-da Türkiyənin tanınmış alimləri ilə görüş keçirilib

10320.12.2025 - 17:00
ADU-da Türkiyənin tanınmış alimləri ilə görüş keçirilib

ADU-nun Elmi kitabxanasında Türkiyənin tanınmış alimləri - professor, doktor Caner Taslaman və dosent doktor Emre Dorman ilə  görüş keçirilib.

“Tehsil365” bildirir ki, görüşdə ADU-nun professor-müəllim heyəti iştirak edib. Professor Caner Taslaman dünyanın yaranması haqqında maraqlı ideyalar bölüşüb. Daha sonra Kuantum nəzəriyyəsinin fəlsəfə və teologiya ilə əlaqəsi barədə yazdığı kitabı görüş iştirakçılarına təqdim edib.

Professor İslam və rasional düşüncə, ateizm və deizmə aid öz düşüncələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Professor Caner Taslaman Yaponiyanın Tokio, İngiltərənin Oksford, Cembridge və ABŞ-in Harvard  universitetlərində fəaliyyət göstərib.  

Acıbadem Universitetinin müəllimi, dosent Emre Dorman fəlsəfə və din məsələləri ilə bağlı məruzə edib. Dosent Emre Dorman onlarla elmi kitabın müəllifidir və Türkiyənin “TV8” kanalında “Ağlımdakı suallar” verilişinin aparıcısıdır. Din fəlsəfəsi, din-elm münasibətləri sahəsindəki elmi əsərləri ilə tanınır.

Görüş zamanı professor J.Qəribova, professor N.Əfəndiyeva, professor Ə.Məmmədov, dosent Ə.Abdiyeva din, fəlsəfə, islamla bağlı suallar vermiş və müzakirə edilən məsələlərə öz münasibətlərini bildirmişlər. Görüş zamanı elmi debatlar aparılıb.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...