Təhsil 365 - Logo Mobile

Paracetamol geniş istifadə olunan ağrıkəsici dərmanlar sırasındadır

7113.12.2025 - 19:51
Paracetamol geniş istifadə olunan ağrıkəsici dərmanlar sırasındadır

Paracetamol gündəlik tibbi praktikada ən çox istifadə olunan dərmanlardan biri hesab olunur. Ağrıkəsici və hərarətsalıcı təsiri ilə tanınan bu preparat əsasən baş ağrısı, diş ağrısı, əzələ və oynaq ağrıları, eləcə də soyuqdəymə və qrip zamanı yaranan yüksək hərarətin aşağı salınması məqsədilə istifadə edilir.

Tehsil365”in məlumatına əsasən, paracetamol adətən tablet, şərbət və ya şam formasında qəbul olunur. Gündəlik istifadədə dozanın aşılmaması vacib hesab edilir. Xüsusilə uzunmüddətli və nəzarətsiz qəbul zamanı qaraciyərə mənfi təsir göstərə biləcəyi bildirilir.

Qeyd olunur ki, Paracetamol düzgün qəbul edildikdə effektiv və təhlükəsiz dərman vasitəsi kimi geniş yayılıb və müxtəlif yaş qrupları üçün uyğun hesab olunur

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...