Təhsil 365 - Logo Mobile

Qaxda NİŞ komissiyasının iclası keçirilib

10322.12.2025 - 06:49
Qaxda NİŞ komissiyasının iclası keçirilib

19 dekabr 2025-ci il tarixində Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində Nizam-intizam və şagird davranışı (NİŞ) komissiyasının iclası baş tutub.

"Tehsil365" xəbər verir ki, İclas zamanı məktəbin müxtəlif sinif rəhbərləri tərəfindən təqdim olunan şagirdlərin “yaşıl kart”la təltif olunması məsələləri müzakirə edilib. Təqdimatlara əsasən, dərsə davamiyyət, nizam-intizam, ictimai fəallıq və ümumi davranış göstəriciləri nəzərə alınıb.

İclasın məqsədi nümunəvi davranış sərgiləyən şagirdlərin stimullaşdırılması və məktəbdə müsbət nizam-intizam mühitinin təşviqidir.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...