Təhsil 365 - Logo Mobile

Qaxda “İstedadlar axtarırıq” adlı tədbir keçirilib

10322.12.2025 - 07:02
Qaxda “İstedadlar axtarırıq” adlı tədbir keçirilib

19 dekabr 2025-ci il tarixində Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində istedadlı şagirdləri üzə çıxarmaq məqsədilə “İstedadlar axtarırıq” adlı tədbir təşkil olunub.

"Tehsil365" xəbər verir ki, Tədbir zamanı şagirdlər müxtəlif sahələr üzrə – musiqi, rəqs, şeir, təsviri sənət və intellektual bacarıqlar üzrə öz istedadlarını nümayiş etdiriblər. Məqsəd şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların maraq dairələrini müəyyənləşdirmək və gələcək inkişaflarına dəstək olmaq olub.

Məktəb rəhbərliyi və müəllim heyəti tərəfindən yüksək qiymətləndirilən tədbir şagirdlərdə özünəinamın və motivasiyanın gücləndirilməsinə töhfə verib.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...