Təhsil 365 - Logo Mobile

"Media Savadlılığı” Həftəsi çərçivəsində İntellektual Könüllülər Liqası keçiriləcək

10522.12.2025 - 07:15
"Media Savadlılığı” Həftəsi çərçivəsində İntellektual Könüllülər Liqası keçiriləcək

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 15–22 dekabr tarixlərində “Media Savadlılığı” Həftəsi keçirilir.

"Tehsil365" xəbər verir ki, Həftə çərçivəsində “İntellektual Könüllülər Liqası” adlı xüsusi layihə də həyata keçiriləcək.

Layihənin əsas məqsədi cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və həmrəyliyin gücləndirilməsidir. Eyni zamanda, həssas istifadəçi qrupu sayılan yeniyetmə və gənclərin media savadlılığı sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın inkişaf etdirilməsi də prioritet istiqamətlər sırasındadır.

Tədbirlər çərçivəsində interaktiv yarışmalar, təlimlər və müzakirələrin təşkili nəzərdə tutulur.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...