Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı təşkil edib.
"Tehsil365" xəbər verir ki, imtahan prosesinin idarə olunması məqsədilə DİM-də operativ qərargah fəaliyyət göstərib. Proses boyu imtahan keçirilən binalarla fasiləsiz əlaqə saxlanılıb və gedişat diqqətlə nəzarətdə olub.
İmtahanın təşkili üçün 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizəçi) cəlb edilib.
Dekabrın 22-dən etibarən imtahan protokolları və cavab kartlarının emalına başlanılıb. Nəticələrin isə yaxın 2–3 gün ərzində elan olunacağı gözlənilir.

