Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin IV kurs tələbələri üçün TKT – Teaching Knowledge Test Module 3 üzrə təlim təşkil olunub.
“Tehsil365” xəbər verir ki, təlim könüllü əsaslarla həyata keçirilib və həftədə iki dəfə olmaqla biri əyani, digəri isə onlayn formatda baş tutub. Təlimin məqsədi tələbələrin pedaqoji bilik və bacarıqlarının artırılması, onların beynəlxalq sertifikasiya imtahanlarına daha effektiv şəkildə hazırlanmasına dəstək göstərmək olub.
Qeyd olunan təlim fəaliyyətinə verdiyi töhfəyə görə təlimçi Aytac Musabəyli Azərbaycan Dillər Universiteti tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Eyni zamanda, təlim prosesində fəal iştirak edən 14 tələbə iştirakçı sertifikatları ilə mükafatlandırılıb. Təlim ADU-da gələcək müəllim kadrların peşəkar inkişafına yönəlmiş təşəbbüslərdən biri kimi qiymətləndirilib.

