Təhsil 365 - Logo Mobile

BDU Sloveniya Respublikasının Nova Gorica Universiteti ilə əməkdaşlığa başlayır

9122.12.2025 - 14:53
BDU Sloveniya Respublikasının Nova Gorica Universiteti ilə əməkdaşlığa başlayır

Bakı Dövlət Universiteti (BDU) ilə Sloveniya Respublikasının Nova Gorica Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

“Tehsil365” xəbər verir ki, Sənədi BDU-nun rektoru Elçin Babayev və Nova Gorica Universitetinin rektoru Bostjan Golob imzalayıb.

Memorandum hər iki ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfranslar, sərgilər, seminarlar, simpoziumlar, qısamüddətli kurslar və təlimlərin təşkili, eləcə də ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.

Sənəddə eyni zamanda elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planlarının və sillabusların tərtibi, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər də öz əksini tapıb.

Qeyd edək ki, əsası 2001-ci ildə qoyulan Nova Gorica Universiteti “Times Higher Education” (THE) reytinqində 2026-cı il üzrə 801–1000-ci yerlərdə qərarlaşıb. Bu əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi və təhsil prosesinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...