Təhsil 365 - Logo Mobile

“Mədəni-tarixi metod” mövzusunda elmi seminar keçirilib

10422.12.2025 - 16:10
“Mədəni-tarixi metod” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası Doktorantura şöbəsi ilə birgə seminar keçirilib. Seminarda Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi f.f.d., dosent Aytac Zeynalova “Mədəni-tarixi metod” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzə mədəni-tarixi metodun yaranma tarixi, əsas prinsipləri, nəzəri mənbələri və ədəbiyyatşünaslıqda tutduğu yer kimi mövzulara həsr olunub. 

“Tehsil365” bildirir ki, məruzədə mədəni-tarixi metodun nəzəri əsasları, onun ədəbiyyatşünaslıqda tətbiq imkanları və digər metodlarla müqayisəsi ətraflı şəkildə izah edilib. Aytac Zeynalova mədəni-tarixi metodun mahiyyətini izah edərkən bildirib ki, bu metod ədəbi əsərin yarandığı dövrün tarixi, ictimai və mədəni mühiti ilə sıx əlaqədə öyrənilməsini əsas götürür. Seminarda mədəni-tarixi metodun ədəbiyyatşünaslıqda bədii mətnin ideya-məzmun xüsusiyyətlərinin, müəllif dünyagörüşünün və dövrün sosial reallıqlarının müəyyənləşdirilməsində mühüm elmi əhəmiyyətə malik olduğu xüsusi olaraq qeyd edilib.
Sonda seminar iştirakçıları mövzu ətrafında müzakirələr aparmış, mədəni-tarixi metodun müxtəlif ədəbiyyat nümunələrinə tətbiqi ilə bağlı fikir mübadiləsi edilib. Seminar doktorantlar üçün metodoloji biliklərin dərinləşdirilməsi baxımından əhəmiyyətli olub, ədəbiyyatın sosial aspektlərdən araşdırılması istiqamətində yeni elmi suallar ortaya çıxarıb.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...