Təhsil 365 - Logo Mobile

2005-ci il 23 dekabr – Bakıda An-140 sərnişin təyyarəsi faciəvi şəkildə qəzaya uğrayıb

10523.12.2025 - 04:52
2005-ci il 23 dekabr – Bakıda An-140 sərnişin təyyarəsi faciəvi şəkildə qəzaya uğrayıb

2005-ci ilin 23 dekabr tarixində Nardaran qəsəbəsi yaxınlığında Azərbaycan Hava Yollarına məxsus An-140 tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Tehsil365" xəbər verir ki, Təyyarə Bakıdan Naxçıvana uçarkən qısa müddət sonra texniki nasazlıq səbəbindən Xəzər dənizinə düşüb.

Hadisə nəticəsində təyyarədə olan bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Qəzada 23 nəfərin həyatını itirdiyi bildirilmişdi.

Faciə ölkə ictimaiyyəti tərəfindən böyük kədər və hüznlə qarşılanmış, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılmışdı. Bu hadisə Azərbaycan aviasiya tarixində ən faciəvi qəzalarından biri kimi yadda qalıb.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...