Təhsil 365 - Logo Mobile

23 dekabr 1802-ci ildə Quba, Talış və Dağıstan xanları arasında ittifaq müqaviləsi imzalanıb

10523.12.2025 - 05:18
23 dekabr 1802-ci ildə Quba, Talış və Dağıstan xanları arasında ittifaq müqaviləsi imzalanıb

1802-ci il dekabrın 23-də Rus çarı I Aleksandrın təşəbbüsü və göstərişi ilə Şimali Qafqaz Birliyinin yaradılması məqsədilə mühüm siyasi addım atılıb.

"Tehsil365" xəbər verir ki, Georgiyevsk şəhərində Quba, Talış və Dağıstan xanları arasında ittifaq müqaviləsi imzalanıb.

Tarixi sənədə əsasən, tərəflər qarşılıqlı düşmənliyə son qoymağı, bütün mübahisələri sülh yolu ilə həll etməyi və hər hansı birinə hücum edilərsə, işğalçıya qarşı birlikdə mübarizə aparmağı öhdələrinə götürüblər. Bu müqavilə regionda sabitliyin və birliyin təmin olunması baxımından mühüm sənəd kimi dəyərləndirilir.

Şimali Qafqaz Birliyi ideyası, imperiyanın regional siyasəti çərçivəsində formalaşsa da, yerli xanlıqlar arasında əməkdaşlıq və həmrəyliyin təşviqi baxımından da tarixi əhəmiyyət daşıyır.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...