Təhsil 365 - Logo Mobile

BDU-nun professoru Türkiyədə IV Beynəlxalq onomastika simpoziumunda məruzə edib - FOTO

9223.12.2025 - 14:39
BDU-nun professoru Türkiyədə IV Beynəlxalq onomastika simpoziumunda məruzə edib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının professoru Reyhan Həbibli Türkiyədə Türk Dil Qurumunun ev sahibliyi ilə təşkil olunan IV Beynəlxalq onomastika simpoziumunda iştirak edib.

BDU-dan “Tehsil365"ə bildirilib ki, iki gün davam edən beynəlxalq elmi tədbirə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Macarıstan, Hindistan, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovinada onomastika sahəsində fəaliyyət göstərən alimlər qatılıblar. Simpozium çərçivəsində 16 iclasda 60-dan çox tədqiqatçının məruzəsi dinlənilib. Reyhan Həbibli simpoziumda “Sosioonomastika – dil və cəmiyyət kəsişməsində yeni elmi yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş elmi müzakirələrə səbəb olub.

Tədbirin yekun qiymətləndirmə iclasında Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert də iştirak edib. İclasdan sonra simpozium iştirakçılarına sertifikatlar təqdim olunub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...