Təhsil 365 - Logo Mobile

Alimlər ürək çatışmazlığını ləngidən zülal aşkarlayıblar

7223.12.2025 - 18:19
Alimlər ürək çatışmazlığını ləngidən zülal aşkarlayıblar

Ohayo Dövlət Universiteti Tibb Kollecinin alimləri aşkar ediblər ki, qoruyucu zülallardan birinin istehsalını artırmaq ürək çatışmazlığının inkişafını əhəmiyyətli dərəcədə ləngidə bilər.

Tehsil365” xəbər verir ki, tədqiqat "Circulation Research" jurnalında dərc olunub.

Qeyd olunub ki, "CPT1a" zülalının ürək fəaliyyətinin stresli dövrlərində səviyyəsi artır və tədqiqatın göstərdiyi kimi, bu zülal ürək əzələsinin funksiyasının qorunmasında əsas rol oynayır.

Tədqiqatçılar insan və heyvan ürək nümunələrinin modelləri üzərində aparılan təcrübələri təhlil etdikdən sonra, kardiomiopatiyada "CPT1a"nın səviyyəsinin artdığını aşkar ediblər. Ancaq bu zülal süni şəkildə azaldıqda, ürəyin vəziyyəti sürətlə pisləşir. Əksinə, gen terapiyası ilə "CPT1a" səviyyələrinin artırılması, hətta xəstəliyin artıq başladığı hallarda belə ürək çatışmazlığının inkişafını ləngidə bilər.

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...