Təhsil 365 - Logo Mobile

Azərbaycan və Özbəkistanın elmi-tədqiqat institutları əməkdaşlığa başlayır

10624.12.2025 - 10:00
Azərbaycan və Özbəkistanın elmi-tədqiqat institutları əməkdaşlığa başlayır

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Fizika-Texnika İntitutu arasında anlaşma memorandumu imzalanıb.

“Tehsil365” xəbər verir ki, sənədi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov və Özbəkistan Respublikası Elmlər Akademiyasının Fizika-Texnika İntitutunun direktoru professor Xüsniddin Olimov imzalayıblar.

Anlaşma Memorandumu fizika və fizika-texnika sahələrində birgə elmi tədqiqatların aparılmasını, müasir fizika və texnologiya sahələrində təcrübə, nəşr və elmi məlumat mübadiləsinı, ortaq elmi layihə və proqramların həyata keçirilməsini, eləcə də alim, tədqiqatçı və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutulur.

Nərgiz Süleymanova

Новостная лента

На данный момент новостей в ленте нет...