Təhsil 365 - Logo Mobile

“Müasir şərqşünaslığın inkişaf yolları” adlı kitab çap edilib

10424.12.2025 - 10:35
“Müasir şərqşünaslığın inkişaf yolları” adlı kitab çap edilib

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müasir şərqşünaslığın inkişaf yolları” adlı kitab çapdan çıxıb. Kitab AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın 70 illik yubileyinə həsr olunub.

“Tehsil365” xəbər verir ki, kitabda akademik Gövhər Baxşəliyevaya, onun elmi yaradıcılığına həsr olunmuş 8, şərqşünaslıq elminin müxtəlif sahələrinə aid 43 məqalə yer alır.

“Yubilyar haqqında” başlıqlı birinci bölümdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Alim ömrünün ziyası”, akademik Nizami Cəfərovun “Ziyalı ömrünün səhifələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün “Alim ucalığı” və digər məqalələr yer alıb.

“Müasir şərqşünaslığın inkişaf yolları” başlıqlı ikinci bölümdə filologiya elmləri doktoru, professor Mehdi Kazımovun “Üslub məsələsinə dair: XI-XIII əsrlər farsdilli sufi nəsrinin üslubu”, tarix elmləri doktoru, dosent Fərda Əsədovun “Ərəb riyazi coğrafiyasının qədim xalqların Yer və ulduzlu səma haqqında biliklərinin sintezi və inkişafı kimi təşəkkülü” adlı məqalələri verilib. Bu bölümdə, həmçinin filologiya elmləri doktoru, professor Lalə Əhmədovanın “XX əsrin ikinci yarısının romanlarında mənəvi stereotiplər”, tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin “Azərbaycanda Şərqşünaslıq elminin formalaşması və SSRİ dövründə institutlaşdırılması tarixi”, filologiya elmləri doktoru, dosent Aygün Əlizadənin “Eynulquzat Həmədaninin “Təmhidat”ı ədəbi ənənə işığında” sərlövhəli məqalələri təqdim olunub.

Nərgiz Süleymanova

Новостная лента

На данный момент новостей в ленте нет...