Təhsil 365 - Logo Mobile

Məktəb mühiti uşağın emosional inkişafına necə təsir edir?

10724.12.2025 - 13:45
Məktəb mühiti uşağın emosional inkişafına necə təsir edir?

Məktəb mühiti uşağın emosional formalaşmasında çox əsas rol oynayır. Çünki uşaq ailədən sonra ilk dəfə məhz məktəbdə özünü sosial mühitdə sınayır, qaydalarla üzləşir və münasibətlər qurur. Müəllimlərin yanaşması, sinifdəki atmosfer, həmyaşıdlarla münasibətlər uşağın özünü dəyərli və güvənli hiss etməsinə birbaşa təsir edir.

Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Nizami Orucov deyib. O, bildirib ki:

Əgər məktəbdə uşaq dinlənilir, duyğuları qəbul olunur və səhv etməyə görə təzyiq görmürsə, bu, onun özünəinamını və emosional dayanıqlığını artırır. Əksinə, tez-tez tənqid olunan, müqayisə edilən və ya laqeyd münasibət görən uşaqlarda narahatlıq, özünəqapanma və ya aqressiv davranışlar formalaşa bilər.

Ekspertin fikrincə, məktəb həm də uşağa emosiyalarını tanımağı və ifadə etməyi öyrədir. Mübahisələr, uğur və uğursuzluq anları uşağın streslə necə başa çıxdığını formalaşdırır. Bu proseslər düzgün yönləndirildikdə uşaq empati qurmağı, sərhəd qoymağı və problemləri sağlam yolla həll etməyi öyrənir. Yəni ki, məktəb yalnız bilik verilən yer deyil, uşağın emosional dünyasının formalaşdığı əsas mühitlərdən biridir. Sağlam məktəb mühiti isə gələcəkdə daha balanslı, özünü tanıyan və emosiyalarını idarə edə bilən fərdlərin yetişməsinə zəmin yaradır.

Nərgiz Süleymanova

Новостная лента

На данный момент новостей в ленте нет...