Təhsil 365 - Logo Mobile

27 dekabr 1991 — Daha üç ölkə Azərbaycanın müstəqilliyini tanıdı

10527.12.2025 - 05:18
27 dekabr 1991 — Daha üç ölkə Azərbaycanın müstəqilliyini tanıdı

1991-ci ilin 27 dekabr tarixində Çin, Polşa və Sloveniya Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ölkələrin sırasına qoşuldu.

"Tehsil365" xəbər verir ki, Bu tarixi hadisə Azərbaycanın beynəlxalq aləmdə tanınması və diplomatik əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Həmin dövrdə Azərbaycanın müstəqilliyini ardıcıl olaraq bir çox ölkələr tanıyır, bu isə gənc respublikanın beynəlxalq legitimliyini möhkəmləndirirdi. Çin Xalq Respublikası kimi böyük bir dövlətin müstəqilliyimizi tanıması isə Azərbaycanın geosiyasi nüfuzunun artmasına töhfə verdi.

1991-ci il dekabr ayı Azərbaycanın xarici siyasət tarixində müstəsna yer tutur. 31 dekabr 1991-ci ilədək Azərbaycanın müstəqilliyini 30-dan çox ölkə tanımışdı.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...