Təhsil 365 - Logo Mobile

27 dekabr 2008 — Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı baş tutdu

10427.12.2025 - 05:31
27 dekabr 2008 — Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı baş tutdu

2008-ci ilin 27 dekabr tarixində Bakıda möhtəşəm bir mədəniyyət ocağı — Beynəlxalq Muğam Mərkəzinin rəsmi açılışı keçirildi.

"Tehsil365" xəbər verir ki, Dənizkənarı Milli Parkda yerləşən bu mərkəz Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə tikilib. Layihənin əsas məqsədi Azərbaycan muğam sənətini qorumaq, təbliğ etmək və dünya ictimaiyyətinə daha geniş tanıtmaqdan ibarətdir.

Beynəlxalq Muğam Mərkəzi orijinal memarlıq üslubunda inşa edilib və muğamın zəngin ruhunu əks etdirən forma və detallarla bəzədilib. Mərkəzdə konsert salonları, sərgi zalları, studiyalar və müxtəlif tədbirlər üçün şərait yaradılıb.

Açılış mərasimində ölkənin tanınmış mədəniyyət xadimləri, dövlət rəsmiləri və xarici qonaqlar iştirak etmiş, muğam sənətinin inkişafına göstərilən diqqət və qayğı yüksək qiymətləndirilmişdir. Bu mərkəz son illərdə muğam festivallarının, beynəlxalq konfransların və ustad dərslərinin keçirildiyi nüfuzlu mədəniyyət məkanına çevrilib.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...