Təhsil 365 - Logo Mobile

Elm və Təhsil Nazirliyi bloger və influenserlərlə görüş keçirdi

10427.12.2025 - 08:07
Elm və Təhsil Nazirliyi bloger və influenserlərlə görüş keçirdi

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ictimai fikrə təsir imkanına malik bloger və sosial media influenserləri ilə görüş keçirilib.

"Tehsil365" xəbər verir ki, Görüşün əsas məqsədi geniş auditoriyaya çıxışı olan ictimai fiqurları təhsil sahəsində aparılan islahatlar, əldə edilən nəticələr və qarşıya qoyulan yeni hədəflər barədə məlumatlandırmaq olub.

Tədbir çərçivəsində bloger və influenserlərə müxtəlif təhsil pillələri üzrə həyata keçirilən yeniliklər, islahat istiqamətləri, rəqəmsallaşma və təhsildə keyfiyyətin artırılması üzrə aparılan işlər barədə təqdimatlar edilib. Eyni zamanda görüş açıq və konstruktiv fikir mübadiləsi şəraitində keçib, iştirakçılar öz təkliflərini səsləndiriblər.

Görüş sonda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və bu cür platformaların gələcəkdə daha geniş miqyasda təşkili ideyasının dəstəklənməsi ilə başa çatıb.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...