Təhsil 365 - Logo Mobile

Məktəblərdə fiziki tərbiyə uşaqların rifahı və gələcəyi üçün mühüm əhəmiyyət daşıyır

10527.12.2025 - 12:39
Məktəblərdə fiziki tərbiyə uşaqların rifahı və gələcəyi üçün mühüm əhəmiyyət daşıyır

Məktəblər təkcə bilik və bacarıqların aşılandığı yer deyil, həm də uşaqların sosial, emosional və psixi inkişafının formalaşdığı əhəmiyyətli mühitdir.

"Tehsil365" xəbər verir ki, Bu baxımdan fiziki tərbiyə dərsləri şagirdlərin ümumi inkişafında mühüm rol oynayır.

Fiziki tərbiyə uşaqlarda sağlam həyat tərzinin əsaslarını formalaşdırmaqla yanaşı, onların intizamlı, əməkdaşlığa açıq və məqsədyönlü fərdlər kimi yetişməsinə dəstək olur. Hərəkətli oyunlar və idman fəaliyyətləri uşaqların psixoloji rifahına, özünəinamının artmasına və sosial bacarıqlarının inkişafına da müsbət təsir göstərir.

Eyni zamanda mütəmadi fiziki fəaliyyətlər uşaqlarda stressin azalmasına, diqqətin və akademik nailiyyətlərin yüksəlməsinə xidmət edir. Beləliklə, fiziki tərbiyə yalnız bədən sağlamlığı üçün deyil, eyni zamanda hərtərəfli və balanslı inkişaf üçün vacib komponent hesab olunur.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...