Təhsil 365 - Logo Mobile

Cəlilabadda Sovet hakimiyyətinə qarşı kütləvi iğtişaşlar baş verdi

10728.12.2025 - 05:57
Cəlilabadda Sovet hakimiyyətinə qarşı kütləvi iğtişaşlar baş verdi

1989-cu ilin 28 dekabr tarixində Cəlilabad şəhərində Sovet hakimiyyətinə qarşı xalq etirazı kütləvi iğtişaşlara çevrildi.

"Tehsil365" xəbər verir ki, Hadisələr zamanı hüquq-mühafizə orqanları ilə etirazçılar arasında qarşıdurmalar baş verdi, nəticədə 150 nəfər xəsarət aldı.

Etirazlar əsasən yerli əhalinin milli azadlıq və sosial ədalət tələbləri, o cümlədən Sovet rejiminin repressiv siyasətinə qarşı narazılıq fonunda baş qaldırmışdı. Bu hadisə Azərbaycan xalqının 1980-ci illərin sonlarında güclənən azadlıq hərəkatının mühüm epizodlarından biri kimi tarixə düşüb.

Cəlilabad iğtişaşları, SSRİ-nin dağılma ərəfəsində Azərbaycanda artan ictimai-siyasi fəallığın və milli ruhun təzahürü kimi qiymətləndirilir.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...