Təhsil 365 - Logo Mobile

Xırdalan məktəbinin şagirdi Respublika çempionu oldu

10828.12.2025 - 08:59
Xırdalan məktəbinin şagirdi Respublika çempionu oldu

Xırdalan şəhər 9 saylı tam orta məktəbin 9 “h” sinif şagirdi Cavadzadə Murad Əhməd oğlu böyük uğura imza atıb.

Tehsil365” xəbər verir ki, O, 20 dekabr 2025-ci il tarixində keçirilən Ölkə Birinciliyi üzrə karate yarışında final mərhələsində qələbə qazanaraq Respublika Çempionu adına layiq görülüb.

Murad bu möhtəşəm uğurunu II Qarabağ müharibəsi şəhidi Hüseyin Nəcəfzadənin əziz xatirəsinə həsr edib. Şagirdimizin həm idman bacarığı, həm də vətənpərvərlik nümunəsi məktəb kollektivinin və ictimaiyyətin böyük rəğbətini qazanıb.

Məktəb rəhbərliyi və müəllim heyəti Muradı səmimi qəlbdən təbrik edir, ona gələcək yarışlarda daha böyük nailiyyətlər və beynəlxalq arenalarda uğurlar arzulayır!

Qələbələrin daim olsun, Murad!

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...