Təhsil 365 - Logo Mobile

ABŞ-də tələbələr üçün yeni kredit dövrü başlayır

7402.01.2026 - 07:32
ABŞ-də tələbələr üçün yeni kredit dövrü başlayır

Bu ildən etibarən Amerika Birləşmiş Ştatlarında federal tələbə kreditlərinin qaytarılması sistemi üzrə genişmiqyaslı islahatlar qüvvəyə minəcək.

Tehsil365” xarici KİV-ə istinadən xəbər verir ki, yeni dəyişikliklər ali təhsil alan tələbələrə, məzunlara və kredit hesabına təhsilini maliyyələşdirən ailələrə birbaşa təsir göstərəcək. Rəsmi qurumların açıqlamalarına görə, əsas məqsəd kredit sistemini sadələşdirmək və federal maliyyə yükünü azaltmaqdır.

Federal tələbə kreditlərinin qaytarılması ilə bağlı əsas yeniliklər bu il qüvvəyə minəcək; mövcud gəlirə əsaslanan ödəniş planları ləğv ediləcək və onların yerinə yeni standart ödəniş mexanizmləri tətbiq olunacaq, “Repayment Assistance Plan (RAP)” adlı yeni ödəniş yardım proqramı gəlirə əsaslansa da əvvəlki proqramlarla müqayisədə daha sərt şərtlərlə fəaliyyət göstərəcək, Grad PLUS proqramı və digər federal kreditlər üzrə limitlər isə yenidən müəyyənləşdiriləcək və bəzi hallarda kredit məbləğləri azaldılacaq.

Yeni qaydalara əsasən, tələbələrin və məzunların kredit öhdəlikləri daha aydın çərçivədə tənzimlənəcək, lakin bu, eyni zamanda aylıq ödənişlərin artması riskini də yarada bilər. Xüsusilə magistratura və doktorantura pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulan Grad PLUS kreditlərində məhdudiyyətlərin artırılması ali təhsilin maliyyələşdirilməsi ilə bağlı yeni çətinliklər yarada bilər.

Mütəxəssislər hesab edirlər ki, federal tələbə kreditləri üzrə tətbiq olunan bu dəyişikliklər uzunmüddətli perspektivdə dövlət xərclərini azaltsa da, qısamüddətli dövrdə tələbə və məzunların maliyyə yükünü artıra bilər. Təhsil ictimaiyyəti yeni sistemin sosial təsirlərini diqqətlə izləyir və gözləntilər ondan ibarətdir ki, gələcək mərhələlərdə əlavə yumşaldıcı mexanizmlər də gündəmə gətirilə bilər.

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...