Təhsil 365 - Logo Mobile

Bakıda üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan yaxın zamanda evə buraxılacaq

7513.01.2026 - 09:31
Bakıda üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan yaxın zamanda evə buraxılacaq

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın son vəziyyəti açıqlanıb.

Tehsil365”in məlumatına əsasən, Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan bildirilib ki, 10 yaşlı Sərxan Hüseynli hazırda Pediatrik Stasionar şöbədə müalicə alır.

"Fiziki müalicə və fizioterapiya davam etdirilir. Şüuru açıqdır, nitqi normaldır və verilən göstərişləri yerinə yetirir. Dəstək ilə yeriyir. Yaxın zamanda evə buraxılması planlaşdırılır", - deyə məlumatda vurğulanır.

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...