Təhsil 365 - Logo Mobile

Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib

6417.01.2026 - 12:42
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib

Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Tehsil365" xəbər verir ki, qəza rayonun Qazıqumlaq kəndinə gedən avtomobil yolunda qeydə alınıb. “Mercedes C Class” markalı minik avtomobili naməlum səbəbdən idarəetmədən çıxaraq aşıb və yol kənarındakı su kanalına düşüb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində həyatını itirib.

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, qəzada həyatını itirən Coşqun Məmmədov Ucar rayonu Bərgüşad kənd orta məktəbində müəllim işləyirmiş. (mənbə qafqazinfo)

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...