Təhsil 365 - Logo Mobile

Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti və tarixi rolu

10618.01.2026 - 04:00
Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti və tarixi rolu

Məşədi Əziz bəy oğlu Əzizbəyov (1876–1918) Azərbaycanın ictimai-siyasi tarixində mühüm yer tutan inqilabçı xadimlərdən biri kimi tanınır.

"Tehsil365" xəbər verir ki, O, ölkədə marksist ideyaların ilk daşıyıcılarından olmuş, XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etmişdir.

1876-cı il yanvarın 18-də Bakıda anadan olan Əzizbəyov inqilabi hərəkatın formalaşmasında mühüm rol oynamış, “Hümmət” təşkilatının rəhbərlərindən biri kimi tanınmışdır. O, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü olmuş, eyni zamanda “Ədalət” Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsində təmsil edilmişdir.

Məşədi Əzizbəyov siyasi fəaliyyətlə yanaşı, dövlət idarəçiliyində də iştirak etmişdir. O, Bakı Şəhər Dumasının qlasnısı, quberniya komissarı, 1918-ci ildə isə Bakı Xalq Komissarları Sovetində Daxili İşlər Komissarının müavini vəzifələrində çalışmışdır.

1918-ci il sentyabrın 20-də Krasnovodsk şəhərində həlak olan Məşədi Əzizbəyov Azərbaycan inqilabi hərəkatının görkəmli nümayəndələrindən biri kimi tarixdə qalmışdır. Onun fəaliyyəti uzun illər elmi və ictimai müzakirələrin mövzusu olmuşdur.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...