Təhsil 365 - Logo Mobile

Azərbaycanın turizm imkanları Avstriyada təbliğ olunub - FOTO

7119.01.2026 - 09:19
Azərbaycanın turizm imkanları Avstriyada təbliğ olunub - FOTO

Azərbaycanın turizm potensialı yanvarın 15-dən 18-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien” turizm sərgisində nümayiş etdirilib.

Bu barədə “Tehsil365"ə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “Dreamland Baku” ilə birgə təmsil olunub.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək nümayiş olunan turizm məhsulları ilə tanış olub.

Tədbir çərçivəsində tanınmış avstriyalı jurnalist Kladius Rayxıl Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.

Qeyd edək ki, 2025-ci il ərzində Avstriyadan Azərbaycana səfər edənlərin sayında 2024-cü illə müqayisədə 6 faiz artım müşahidə olunub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...