Təhsil 365 - Logo Mobile

ADU kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO

9119.01.2026 - 19:52
ADU kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

“Tehsil365” xəbər verir ki, ADU kollektivi Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüb.

Qeyd olunub ki, şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və onların göstərdiyi şücaət gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq daim xatırlanacaq.


Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...