Təhsil 365 - Logo Mobile

Qarabağda genişmiqyaslı elmi araşdırmalar aparılıb

9221.01.2026 - 15:21
Qarabağda genişmiqyaslı elmi araşdırmalar aparılıb

Ötən il Qarabağ və Şərqi Zəngəzurda aparılan elmi tədqiqatlar AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) prioritet istiqamətlərindən olub.

“Tehsil365" xəbər verir ki, YEB üzrə elmi müəssisələrdə 15 problem çərçivəsində 44 mövzu üzrə 56 elmi-tədqiqat işi yerinə yetirilib, 11 mövzu və 20 elmi-tədqiqat işi tamamlanıb. İl ərzində 40-dan çox mühüm elmi nəticə əldə olunub, 43 elmi-tətbiqi iş isə təsərrüfat müqavilələri əsasında aparılıb.

Tədqiqatlar Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Xəzər dənizinin karbohidrogen ehtiyatları, qaz-kondensat yataqları, bərpaolunan enerji resursları, aktiv geodinamik proseslər, zəlzələlər və yer qabığı deformasiyaları, su ehtiyatlarının idarə olunması və alternativ su mənbələrinin tətbiqi sahələrini əhatə edib.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...