Təhsil 365 - Logo Mobile

Heykəltaraş Azad Əliyevin yaradıcılığı diqqət mərkəzindədir

10822.01.2026 - 04:54
Heykəltaraş Azad Əliyevin yaradıcılığı diqqət mərkəzindədir

20 yanvar 1956-cı ildə Bakıda anadan olmuş Azad Mikayıl oğlu Əliyev Azərbaycan təsviri sənətinin tanınmış nümayəndələrindən, peşəkar heykəltaraşdır.

"Tehsil365" xəbər verir ki, O, uzun illər ərzində yaratdığı sənət nümunələri ilə milli heykəltaraşlıq məktəbinin inkişafına öz töhfəsini verib.

Azad Əliyevin əsərləri forma, məzmun və bədii ifadə baxımından seçilir, onun yaradıcılığında milli dəyərlər və müasir bədii yanaşmalar vəhdət təşkil edir. Müxtəlif mövzuları əhatə edən heykəlləri ölkənin mədəni mühitində xüsusi yer tutur.

Sənət sahəsindəki xidmətlərinə görə Azad Əliyev 2018-ci ildə “Azərbaycanın əməkdar rəssamı” fəxri adına layiq görülüb. Bu ad onun yaradıcılıq fəaliyyətinə və incəsənətə verdiyi töhfələrin dövlət səviyyəsində qiymətləndirilməsi kimi dəyərləndirilir.

Bu gün də Azad Əliyev aktiv yaradıcılıq fəaliyyəti ilə Azərbaycan heykəltaraşlıq sənətinin inkişafına xidmət edir və sənətsevərlər tərəfindən maraqla izlənilir.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...