Təhsil 365 - Logo Mobile

“Muzeydə mühazirə” layihəsi davam edir

9121.01.2026 - 16:14
“Muzeydə mühazirə” layihəsi davam edir

Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Zamanın rənglə yazılan yaddaşı: Mirzə Qədim İrəvani” mövzusunda mühazirə dinləniləcək.

Muzeydən “Tehsil365"ə bildirilib ki, mühazirə AMİM-in Elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının həmmüəllifi Aytən Əhmədova tərəfindən təqdim olunacaq.

Mühazirə XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılıq yoluna, onun formalaşdığı tarixi-mədəni mühitə və sənət üslubunun özünəməxsus xüsusiyyətlərinə həsr ediləcək.

Məruzəçi, həmçinin kitab üzərində aparılmış tədqiqatların əsas elmi nəticələrini bölüşərək sənətkarın əsərlərinin tarixi, bədii-estetik və simvolik qatlarını diqqətə çatdıracaq.

Sərgi zalında baş tutacaq mühazirə dinləyicilərə rəssamın yaradıcılığına daha dərin baxış imkanı yaradacaq.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...