Təhsil 365 - Logo Mobile

Azərbaycan İdman Akademiyası “TələbəPlus”a qoşulub

9123.01.2026 - 14:13
Azərbaycan İdman Akademiyası “TələbəPlus”a qoşulub

Yanvarın 23-də Azərbaycan İdman Akademiyasında (ASA) “TələbəPlus” layihəsi çərçivəsində Təhsilin İnkişafı Fondu (TİF) ilə birgə əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunmuş görüş keçirilib.

TİF-dən “Tehsil365"ə bildirilib ki, ASA-nın rektoru Fuad Hacıyev qonaqları salamlayaraq tələbə məmnuniyyətinin artırılmasının, onların sosial rifahının və gündəlik ehtiyaclarının dəstəklənməsindən danışıb.

TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli fondun təhsilin inkişafına yönəlmiş proqramları haqqında məlumat verərək “TələbəPlus” layihəsinin tələbələrin sosial və maliyyə imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Sonda “TələbəPlus” layihəsi çərçivəsində TİF ilə ASA arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, “TələbəPlus” layihəsi TİF, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə reallaşır.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...