Təhsil 365 - Logo Mobile

ADU-nun baş müəllimi Nailə Hüseynova “Ayın müəllimi” adına layiq görülüb - FOTO

9323.01.2026 - 15:00
ADU-nun baş müəllimi Nailə Hüseynova “Ayın müəllimi” adına layiq görülüb - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Nailə Hüseynova alman dili üzrə səmərəli pedaqoji fəaliyyəti və tədris prosesinə yenilikçi yanaşmasına görə “Ayın müəllimi” fəxri adına layiq görülüb.

“Tehsil365” xəbər verir ki, bu yüksək qiymətləndirmə Nailə Hüseynovanın uzunmüddətli və məqsədyönlü pedaqoji fəaliyyəti, eləcə də müəllimlik peşəsinə göstərdiyi məsuliyyətin göstəricisi kimi dəyərləndirilir. O, alman dilinin tədrisində müasir pedaqoji prinsiplərə əsaslanaraq kommunikativ yanaşmanı ön plana çəkir, tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişafına xüsusi diqqət yetirir.

Müəllim dərslərdə interaktiv təlim üsullarından, informasiya-kommunikasiya texnologiyalarından və autentik alman dili materiallarından səmərəli istifadə edərək tələbələrin dərsə marağını artırır, onların müstəqil düşünmə və sərbəst ünsiyyət bacarıqlarının formalaşmasına töhfə verir. Onun rəhbərliyi altında keçirilən dərslər tələbələr üçün həm bilik mənbəyi, həm də alman dili və mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaradır.

Həmkarları Nailə Hüseynovanı yeniliklərə açıq, pedaqoji innovasiyaları daim izləyən və kollektivlə səmərəli əməkdaşlıq edən müəllim kimi xarakterizə edirlər. Tələbələr isə onun dərslərini maraqlı, aydın və motivasiyaedici hesab edir, fərdi yanaşmanı və davamlı dəstəyi yüksək qiymətləndirirlər.

Nailə Hüseynovanın “Ayın müəllimi” adına layiq görülməsi ADU rəhbərliyi və akademik ictimaiyyət tərəfindən onun pedaqoji fəaliyyətinə göstərilən etimadın ifadəsi olmaqla yanaşı, digər müəllimlər üçün də motivasiya mənbəyi kimi qiymətləndirilir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...