Təhsil 365 - Logo Mobile

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub

9130.01.2026 - 07:10
Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.

Bu barədə “Tehsil365"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə nazir Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrdən söz açıb.

Söhbət zamanı Azərbaycan ilə Belarus arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Gələcəkdə mədəniyyət günlərinin keçirilməsi, bölgələrdə mədəni proqramların birgə təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...