Təhsil 365 - Logo Mobile

Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb

7203.02.2026 - 19:21
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb

“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.

“Tehsil365" xəbər verir ki, bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.

Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...