Təhsil 365 - Logo Mobile

Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO

9206.02.2026 - 07:57
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO

Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illiyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində “Xalq rəssamı Kazım Kazımzadənin həyat və yaradıcılığı” adlı mühazirə keçirilib.

Bu barədə “Tehsil365"ə Milli İncəsənət Muzeyindən məlumat verilib.

Mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, K.Kazımzadə irsinin tədqiqatçısı Sevil Kərimova tərəfindən təqdim olunub.

Tədbirdə görkəmli sənətkar, Azərbaycan Milli İncəsənət Muzeyinə 50 ilə yaxın dövrdə rəhbərlik etmiş K.Kazımzadənin Azərbaycan təsviri sənətində tutduğu mövqe, zəngin yaradıcılıq irsi, əsərlərinə xas bədii üslub xüsusiyyətləri və milli incəsənətin inkişafına verdiyi töhfələr elmi-nəzəri aspektdən təhlil olunub, fədakar muzey xadimi kimi gördüyü işlər haqqında ətraflı bəhs edilib.

Tədbirin sonunda K.Kazımzadənin oğlu Aydın Kazımzadə çıxış edərək muzeyin 90 illik yubileyi çərçivəsində keçirilən tədbirləri yüksək qiymətləndirib. O, muzeyin tarixində dərin iz qoymuş şəxsiyyətlər haqqında belə tədbirlərin keçirilməsini mədəni irsin yaşadılması və peşəkar təcrübənin paylaşılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...