Təhsil 365 - Logo Mobile

İkisi azyaşlı olmaqla bir ailə dəm qazından ZƏHƏRLƏNDİ

9807.02.2026 - 15:35
İkisi azyaşlı olmaqla bir ailə dəm qazından ZƏHƏRLƏNDİ

Sumqayıtda dəm qazından zəhərlənmə olub.

“Tehsil365" xəbər verir ki, hadisə şəhərinin 13-cü mikrorayonunda baş verib.

Bir ailənin dörd üzvü xəstəxanaya çatdırılıb.

Məlumata görə, hamam otağında yaranan qaz sızması səbəbindən 1991-ci il təvəllüdlü Vüsal Əliyev və 2001-ci il təvəllüdlü Natəvan Əliyeva zəhərlənərək Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.

Hadisə zamanı ailənin iki azyaşlı övladı — 2025-ci il təvəllüdlü Mələk Əliyeva və 2022-ci il təvəllüdlü Vüqar Əliyev də dəm qazından zərər çəkib. Uşaqlar Sumqayıt şəhər Uşaq Xəstəxanasına aparılıb, hazırda müalicələri davam etdirilir.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...