Təhsil 365 - Logo Mobile

“Böyük Seva”nın vəziyyəti açıqlandı

7409.02.2026 - 06:20
“Böyük Seva”nın vəziyyəti açıqlandı

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova 3 gün öncə Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatı keçirib.

“Tehsil365" xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda jurnalistin müalicəsi palata şəraitində davam etdirilir.

“1970-ci il təvəllüdlü şəxs (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib. 

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...