Təhsil 365 - Logo Mobile

KİV: "YouTube" Rusiyada tamamilə bloklandı

6010.02.2026 - 18:45
KİV: "YouTube" Rusiyada tamamilə bloklandı

Rusiyada "Telegram"ın yavaşlamasından sonra "YouTube" da hücuma məruz qalıb.

Tehsil365” xəbər verir ki, bu barədə "Eksployt" məlumat yayıb.

Məlumata görə, "Roskomnadzor" (Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara Nəzarət Federal xidməti) videoxidmətin domenlərini DNS serverindən silib və bu da veb-sayta daxil olmağı qeyri-mümkün edib.

Məlumata görə, "YouTube" Rusiyada rəsmi olaraq bloklanmayıb, amma videoların özü bir ildən çoxdur ki, işləmir. Saytın özü əvvəllər işləsə də, sadəcə videonu izləmək mümkün deyildi. İndi isə "YouTube"un özünə belə daxil olmaq mümkün deyil.

Qeyd olunur ki, indi kimsə "YouTube"a daxil olmağa çalışanda, router saytın ünvanını onun IP ünvanı ilə əlaqələndirə bilmir və istifadəçi xəta alır

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...